34 yaşlı kişi sağrı nahiyəsindən bıçaqlandı

34-yasli-kisi-sagri-nahiyesinden-bicaqlandi
Oxunma sayı: 846

Gəncə şəhərində bıçaqlanma olub. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, aprelin 30-da Gəncə şəhər sakini 34 yaşlı Ramal Nəbiyevin hər iki sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Gəncə şəhər sakini, 25 yaşlı Etibar Hüseynov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, R.Nəbiyevə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. 

Faktla bağlı araşdırmalar aparılır.