34 yaşlı qadın dərmandan zəhərləndi

34-yasli-qadin-dermandan-zeherlendi
Oxunma sayı: 1242

Şəkidə 34 yaşlı qadın dərmandan zəhərlənib.

"Qafqazinfo"nun məlumatına görə, Şəki rayon F.X.Xoyski küçəsi, ev 52-də yaşayan 1986-cı il təvəllüdlü Məmmədkərimova Səidə Nərbəla qızı zəhərlənmə əlamətlərilə Şəki  Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxanada müayinə zamanı onun dərmandan zəhərləndiyi güman edilir. M.Səidənin dediyinə görə, onun vəziyyəti dərman qəbul etdikdən sonra pisləşib.

Hazırda xəstəyə yardım göstərilir, vəziyyətinin kafi olduğu bildirilir.

Mübariz Muradov