347 sərnişinin olduğu təyyarə havada alovlandı - Video

347-sernisinin-oldugu-teyyare-havada-alovlandi
Oxunma sayı: 3817

“Philippine Airlines” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan sonra yanmağa başlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, Filippinin paytaxtı Manilaya uçması planlaşdırılan təyyarə Los-Anceles hava limanına qəza enişi edib. 

Bildirilir ki, uçuşdan sonra mühərriklərdən biri alovlanmağa başlayıb. Buna səbəb texniki nasazlıq olub.

Göyərtədə 347 sərnişin olub. Heç kim xəsarət almayıb.