35 nəfər tutulub- - Ov əməliyyatı

35-nefer-tutulub-
Oxunma sayı: 1096


“Qafqazinfo” ETSN-nin mətbuat xidmətinə istinadən məlumatına görə, saxlanılanlardan 35 ov tüfəngi, 105 patron və qanunsuz ovlanmış 2 quş götürülüb.

27 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq ümumilikdə 30 500 manat məbləğində cərimə tətbiq edilib. Sənəd təqdim etməyən 8 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.