35 sünni edam edildi- - İranda

35-sunni-edam-edildi-
Oxunma sayı: 2191


 “Qafqazinfo” axar.az-a istinadən xəbər verir ki, sentyabrın 1-də Qəzəl Həssar həbsxanasında 10 məhbus birlikdə edam edilib. Edam edilmələrinə səbəb kimi məhkumların həbsxana şərtləri üzündən başlatdığı üsyan göstərilib. Avqustun 26 və 28-də Bandar Abbas həbsxanasında 13 məhkum, avqustun 23, 27 və 28-də Zahidan həbsxanasında 5 məhkum, avqustun 27-də Saqqəz həbsxanasında bir məhkum, Kirman həbsxanasında avqustun 19-da bir, avqustun 26-da biri qadın olmaqla 5 məhkum edam edilib.