35 yaşlı aktyor çəkiliş vaxtı öldü

35-yasli-aktyor-cekilis-vaxti-oldu
Oxunma sayı: 2656

“Ölüm alətləri: sümüklər şəhəri” filmindəki “Maqnus Beyn” rolu ilə məşhurlaşan aktyor Qodfri Qao 35 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “Mirror” xəbər verib.

KİV məlumatına görə, Qao Çində “Chase Me” realiti-şousunun çəkilişləri vaxtı gözlənilmədən huşunu itirib.  

Aktyor dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Qaonun ölümünə səbəb ürəktutması olub.