35 yaşlı amerikalı reper koronavirusdan öldü

35-yasli-amerikali-reper-koronavirusdan-oldu
Oxunma sayı: 2113

35 yaşlı amerikalı reper Fred Qodson koronavirusdan dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “USA Today” xəbər verib.

Aprelin əvvəlində musiqiçi sosial şəbəkələrdəki hesabları vasitəsilə ağciyərlərinin süni tənəffüs aparatına qoşulması barədə məlumat verib pərəstişkarlarından onun üçün dua etmələrini xahiş etmişdi.

“Bilboard” nəşri qeyd edir ki, xəstəxanaya yerləşdiriləndən sonra onun vəziyyəti düzəlib, lakin sonra yenidən pisləşib. Aprelin 23-də musiqiçinin ürəyi dayanıb.

Qeyd edək ki, Fred Qodson son on il ərzində Nyu-York repinin nəzərəçarpan fiqurlarından biri olub. O, “Diddy”, “Meek Mill” və “Pusha-T” kimi musiqiçilərlə əməkdaşlıq edib.