35 yaşlı kişi evdə yanaraq öldü

35-yasli-kisi-evde-yanaraq-oldu
Oxunma sayı: 1125

Bu gün səhər saatlarında Mingəçevir rayonunda ölümlə nəticələnən yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqaiznfo”ya verilən məlumata görə, fərdi yaşayış evində baş verən yanğın sonrası ev sahibin oğlunun cəsədi tapılıb. Mingəçevir şəhərində Gəfərqulu Süleymanova məxsus birmərtəbəli 3 otaqlı evdə yanğın olub. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 1981-ci il təvəlüdlü Süleymanov İqbal Gəfərqulu oğlunun meyiti aşkar edilib. Yanğın saat 10:25-də söndürülüb.

Murad Əhməd