35 yaşlı kişi faciəvi şəkildə öldü

35-yasli-kisi-facievi-sekilde-oldu
Oxunma sayı: 2484

Ötən gün  Lerik rayonu, Kekoni kənd sakini Səxavət Alışovun meşədə ağac kəsərkən xəsarət alaraq ölüb. 

Lerik Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Səxavət Alışovun qonşuları ilə birlikdə meşədə ağac kəsərkən ağac parçasının baş nahiyyəsinə dəyməsi nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma davam etdirilir.