Hacıqabulda 35 yaşlı kişi bir ildir ki, itkin düşüb.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Hacıqabul rayonunun Qubalı-Baloğlan kənd sakini, 1982-ci il təvəllüdlü Əliyev Anar Oktay oğlu 2016-cı ilin yanvar ayında evdən çıxıb və bir daha evə qayıtmayıb.
Hüquq-mühafizə orqanlarına məlumat verilsə də, 35 yaşlı Anar Əliyevin axtarışları heç bir nəticə verməyib.
Şəkildə əks olunan həmin şəxsi görənlərdən xahiş olunur ki, aşağıdakı telefon nömrələrinə zəng etsinlər:
055 231 00 32
0212041032
Son xəbərlər
Son Xəbərlər