Oğuzda 35 yaşlı kişi intihara cəhd edib.
“Qafqazinfo” xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, martın 7-i axşam saat 21:20 radələrində Oğuz rayonu Sincam kənd sakini, 1981-ci il təvəllüdlü Elçin Qəni oğlu Bəşirov ağır vəziyyətdə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 35 yaşlı E. Bəşirov intihar etmək məqsədi ilə sirkə turşusu içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən E. Bəşirova lazımi tibbi yardım göstərilir, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər