35 yaşlı nazir agentlik prezidenti seçildi

35-yasli-nazir-agentlik-prezidenti-secildi
Oxunma sayı: 2765

Polşanın İdman və Turizm naziri Vitold Banka Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti seçilib. “Qafqazinfo” bildirir ki, bu barədə qurumun Tvitter səhifəsində məlumat verilib.

Müvafiq qərarı WADA Təsisçilər Şurası verib. Buna qədər Avropa Şurası və WADA rəhbərliyinin tərkibinə daxil edilən dövlət hakimiyyəti orqanlarının nümayəndələri də 35 yaşlı Bankanın namizədliyini təsdiqləmişdilər. O, səlahiyyətlərinin icrasına gələn ilin 1 yanvar tarixindən başlayacaq.

Bununla da, Banka 2014-cü il yanvarın 1-dən WADA-ya rəhbərlik edən Ridi Kreyqi əvəzləyəcək.