350 sahibkar kənd qadını Bakıda - Fotolar

350-sahibkar-kend-qadini-bakida
Oxunma sayı: 1931

Xəbər verdiyimiz kimi, bu gün kəndlərdə aqrobizneslə məşğul olan 350-yə yaxın fermer qadını birləşdirən Azərbaycan Kənd Qadınları Assosiasiyasının təqdimat mərasimi keçirilib. 

Təqdimatda iştirak edən qadınlar boyunlarına saldıqları bənövşəyi rəngli ləçəklə də diqqət çəkiblər. Özlərini “kənddən gələn bənövşə topası” adlandırıblar. 

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə qeyd edilib ki, birinci mərhələdə 5 rayonda 88 qadın üzvü birləşdirən 6 qadın qrupu ilkin olaraq öz resursları ilə bizneslərinə başlayıb və altı ay ərzində öz əmanətləri və birdəfəlik qrantla birlikdə 46 min dollar məbləğində vəsait əldə edə bilib.

Ölkənin 16 rayonundan gələn kənd qadınları aqrobizneslə yanaşı, bişirdikləri çörək, şirniyyat, toxuduqları müxtəlif geyim və aksessuarları nümayiş etdirib.

Günel Hacı

Fotolar: Pərvin Zeynal