36 yaşlı kişi bacısının evində intihar etdi

36-yasli-kisi-bacisinin-evinde-intihar-etdi
Oxunma sayı: 3532

Göyçayda 36 yaşlı kişi bacısının evində intihar edib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Aşağı Qaraməryəm kəndində baş verib.

Belə ki, Qaraməryəm kənd sakini 36 yaşlı Allahyarov İbrahim Əvəz oğlu rayonun Aşağı Qaraməryəm kəndində yaşayan bacısıgilə gedərək özünə qəsd edib.

İ.Allahyarovun meyiti yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilib.

Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli