36 yaşlı kişini maşın vurdu

36-yasli-kisini-masin-vurdu
Oxunma sayı: 1375

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Rayonun Ağdamkənd sakini, 36 yaşlı Sakit Sadıqov qapalı kəllə-beyin travması diaqnozu ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Dərhal tibbi yardım göstərilən yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.