36 yaşlı qadın dəm qazından zəhərləndi

36-yasli-qadin-dem-qazindan-zeherlendi
Oxunma sayı: 3007

Şamaxıda 36 yaşlı qadın dəm qazından zəhərlənib.

"Qafqazinfo"nun məlumatına görə, rayonun  Məlhəm kənd sakini 1987-ci il təvəllüdlü Eyyubova Vüsalə Əzizağa qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

V.Eyyubova yaxınları tərəfindın Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.