37 dərəcəyə qalxacaq

37-dereceye-qalxacaq
Oxunma sayı: 846


Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo” ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 18-22, gündüz 30-35, bəzi yerlərdə 37 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz  bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.