37 yaşlı dünyaca məşhur kanadalı müğənni Avril Lavin üçüncü dəfə ailə həyatı qurmağa hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində bildirib.
Lavinin budəfəki seçimi ona Eyfel qülləsinin qarşısında evlilik təklifi edən 35 yaşlı reper Mod Sun olub.
“Hə! Mən səni həmişəlik sevirəm”, - müğənni paylaşdığı fotoları şərh edib.
Qeyd edək ki, daha əvvəl Lavin iki dəfə, Mod Sun isə bir dəfə ailəli olub.







Son xəbərlər
Son Xəbərlər