37 yaşlı kişi damdan yıxıldı - Vəziyyəti ağırdır

37-yasli-kisi-damdan-yixildi-
Oxunma sayı: 1323

Gəncə şəhər sakini bədbəxt hadisə nəticəsində ağır yaralanıb.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, 37 yaşlı Qamət İbrahimov evinin damından yıxılıb.

Xəstəxanaya çatdırılan şəxsə gicgah nahiyəsinin qırığı diaqnozu qoyulub.

Tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilən Q.İbrahimovun vəziyyəti ağırdır.