“Qafqazinfo” xəbər verir ki, rayon polis şöbəsindən pressaz.com-a verilən məlumata görə, avqustun 17-də Qax rayon Ləkit kənd sakini 1978-ci il təvəllüdlü Hacıyev Vüsal Teymur oğlunu kəndin girəcəyində huşsuz vəziyyətdə kənd sakinləri aşkar edib.
Şəxs qohumları tərəfindən yaralı halda Qax rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.Ona kəllə beyin travması diaqnozu qoyulub. Həmçinin şəxsin dişləri də qırılıb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.
Son xəbərlər
Son Xəbərlər