37 yaşlı kişi hamamda öldü

37-yasli-kisi-hamamda-oldu
Oxunma sayı: 723

Lənkəranda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qurumba kəndində qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü Kərim Miriyev hamamda çimərkən ölüb. Hadisəyə dəm qazının səbəb olduğu bildirilir. Onun meyiti Lənkəran morquna aparılıb.  
 
Fakt araşdırılır.