37 yaşlı kişi spirtli içkidən zəhərləndi

37-yasli-kisi-spirtli-ickiden-zeherlendi
Oxunma sayı: 1180

Şəkidə içkidən zəhərlənən kişi xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun İncə kənd sakini 1982-ci il təvəllüdlü Mahmudov Yusif Rəsul oğlu spirtli içki qəbul etdikdən sonra halı pisləşib. Onu Şəki rayon Mərkəzi Xəstəxanasına gətiriblər.

Müayinə zamanı onun spirtli içkidən zəhərləndiyi məlum olub. Y.Mahmudov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Mübariz Muradov