37 yaşlı türk futbolçudan rekord

37-yasli-turk-futbolcudan-rekord
Oxunma sayı: 2331

“Yeni Malatyaspor”un hücumçusu Umut Bulut tarixi rekorda imza atıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli futbolçu buna Super Liqanın 26-cı turunda “Konyaspor”la matçda nail olub. Qarşılaşmanın ilk “11-liy”ində yer alan Umut karyerası ərzində Türkiyə çempionatlarında 504-cü oyununa çıxıb.
 
Bununla da Oğuz Çətinə məxsus rekordu yeniləyən Umut Türkiyə çempionatları tarixində ən çox oyun keçirən futbolçu ünvanına yiyələnib.
 
Ölkə çempionatında 2002-ci ildə debüt edən Umut Bulut 5 fərqli klubda çıxış edib, 10 titul qazanıb.