38-ci dəfə üz-üzə

38-ci-defe-uz-uze-
Oxunma sayı: 683

Tərəflər 2006-ci ilə qədər çempionatlarda fasiləsiz 31 dəfə qarşılaşıblar (reqlamentlə əlaqədar olaraq 1993-cü ildə keçirilən 2-ci çempionatda tərəflər qarşılaşmayıblar). Ötən mövsüm elitaya qayıdan Gəncə klubuyla daha 2 oyun baş tutub.

İndiyə kimi baş tutan 33 oyunda “Kəpəz”in üstünlüyü diqqəti cəlb edir. Ağdam klubunun 12 qələbəsinin qarşılığında gəncəlilər 14 dəfə sevinən tərəf olublar. 7 görüşdə isə komandalar 1 xala razı olub.

Topların fərqinə gəlincə, “Qarabağ” vurduğu 38 qolun qarşılığında 47 dəfə məyus olub. Bu da var ki, ağdamlılar 9 ildi rəqibinə məğlub olmur. 2001-2002 mövsümündə alınmış 3:0-lıq məğlubiyyətdən sonra “Qarabağ” baş tutan 8 qarşılaşmada rəqibinə cəmi 2 dəfə 1 xal almasına imkan verib, 6 oyunu isə qələbəylə başa vurub.

Ötən mövsüm “Qarabağ” hər 2 oyunda qələbə qazanıb. İlk dövrədə Tofiq Bəhramov adına respublika stadionda baş tutmuş “ev” oyununda 3:0-lıq qələbə qeydə alınıb. Rəşad Sadiqov, Georgi Adamiya və Rauf Əliyev komandalarının mövsümdəki ilk böyükhesablı qələbələrini rəsmiləşdiriblər. Bu il fevralın 20-sində Gəncədə baş tutmuş cavab görüşündə isə Ağdam klubu Adamiyanın vurduğu yeganə qolla qələbə qazanıb.