Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturunun gecə 23-26, gündüz 33-38 dərəcə isti olacağı ehtimal olunur.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Avqustun 05-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Avqustun 05-06-da Abşeron yarımadasında isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətin normadan çox olması meteohəssas insanlar üçün əlverişsizdir.