“Qafqazinfo”nun ANS TV-yə istinadən verdiyi məlumata görə, xanım deyir ki, Zakir 38 ildir ki, dənizçiliklə məşğul olaraq dünyanın dörd bir tərəfini gəzib. Ancaq son 4 ildə isə otağın 4 divarına məhkum olub. Səbəb isə onun 4 il bundan əvvəl insult keçirməsi olub ki, bu da onun əmək qabliyyətini itirməsinə gətirib çıxarıb.
İndi isə Zakir bəy, nə ayaq üstə dura bilir, nə də ki danışa. O, hətta 1-ci qrup əlildir. Nazilə xanım deyr ki, o, evdən işə gedən kimi həyat yoldaşı nəzarətsiz qalır. Bu da çox zaman onun üçün pis nəticələnir. Evdə köməksiz qaldığından hərəkət etmək istəyərkən xəsarətlər alır.
Dənizçinin ayaqları demək olar ki, yer tutmur. Ona görə də, tək qalan zaman Zakir Mahmudovun gözləri daim yolda qalır ki, kimsə onun köməyinə gəlsin. Nazilə xanımın isə tək istəyi ona tezliklə yardım edilməsidir. Bununla bağlı o, aidiyyatı qurumlara da dəfələrlə müraciət edib.
Ailənin demək olar ki, maksimum orta aylıq gəliri 300 AZN olar ki, bu da dənizçinin dərmanlarının pulunu ödəmir. Problemlə əlaqadar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Siyasətinin şöbə müdiri Saday Abdullayev bildirdi ki, sözü gedən problemlə əlaqədar heç bir formada onlara müraciət edilməyib. "Vətəndaş həftənin 5 iş günü ərzində nazirliyə yazılı şəkildə müraciət etsin. Ona bu problemin həllində kömək göstərməyə çalışacaqlar".
Bundan başqa şöbə müdiri onu da əlavə etdi ki, Zakir Mahmudovun həyat yoldaşı Səhiyyə Nazirlyinə müraciət edib, müvafiq rəy əldə edərsə, dənizçiyə stasionar müalicə kursları da təyin edilə bilər.
Son xəbərlər
Son Xəbərlər