38 illik evlilikdən sonra boşanırlar

38-illik-evlilikden-sonra-bosanirlar
Oxunma sayı: 1590

Amerikalı aktyor Ron Perlman 38 illik evlilikdən sonra boşanır. “Qafqazinfo” bildirir ki, bu barədə “TMZ” portalı xəbər verib.

Noyabrın 5-də o, Los-Ancelesdə məhkəmələrdən birinə müraciət edib. Portalın məlumatına görə, Perlmanla həyat yoldaşı arasında anlaşılmazlıq yaranıb. Buna səbəb aktyorun aktrisa Ellison Danbarı öpən zaman görüntülənməsi olub.

Xatırladaq ki, Ron dizayner həyat yoldaşı Opla Stounla 1981-ci ilin fevralında ailə həyatı qurub. Cütlüyün iki övladı var.