Polşa boksçusu və gənclər arasında keçmiş dünya çempionu David Kostetski həbsxanada intihar edib.
“Qafqazinfo” “Polsat Sport”a istinadən xəbər verir ki, 38 yaşlı idmançı 5 illik həbsə məhkum edilib. Onun azadlığa çıxmasına 2 il qalmışdı.
Kostetski cinayətkar qruplaşmanın təşkilində günahkar bilinərək azadlıqdan məhrum edilib. Sonuncu dəfə o, 2014-cü ildə rinqə çıxıb. Davidin hesabında 39 qələbə, 2 məğlubiyyət var.
Son xəbərlər
Son Xəbərlər