38 yaşlı kəşfiyyatçının həyatı təhlükədə

38-yasli-kesfiyyatcinin-heyati-tehlukede
Oxunma sayı: 639

38 yaşlı Sədi Ferudin oğlu Əsədov Zəngilan, Qubadlı uğrunda gedən ağır döyüşlərdə kəşfiyyatçı kimi fəaliyyət göstərib. Döyüşlər zamanı sağlamlığını itirib. Hazırda hər iki böyrəyi fəaliyyətini dayandırıb. Ona təcili böyrək köçürülməlidir. Vəziyyəti hər keçən gün ağırlaşır. Paytaxtda “Respublika Klinik Uroloji Xəstəxanasında” müasir böyrək köçürmə mərkəzində əməliyyatı pulsuz, dövlət hesabına ediləcək. Amma donor böyrək üçün 12 000 manat ödəmək lazımdır. Sədi Əsədov 6 000 manat toplayıb. Yerdə qalan pulu heç cür əldə edə bilmir.

6000 manatı toplamaq üçün Xeyriyyə marafonuna start verilib. Təşəbbüsə artıq qoşulanlar var. Xaçmaz rayon İcra Hakimiyyətinin, Xaçmazda yerləşən “Regional” Televiziya Şirkətinin əməkdaşları, bir sıra media nümayəndələri, sahibkarlar da bu kampaniyaya qoşulanlar sırasındadır. ”AtaBank” da hesab nömrəsi № 1-99682-1 AZN, hesabın adı: “Əsədov Sədi Ferudin”.

Sədi Əsədovun necə döyüşçü oldugunu bilmək istəyənlər 4 yanvar 20:30 da RTV-də “Savaş bitməyib” verilişini izləsinlər. İnternetdən livetv.az/rtv saytından da verilişi izləmək mümkündür. Əlaqə nömrəsi: 050-263-78-79.