380 biznesmen haqqında saxlanılma qərarı verilib - Türkiyədə

380-biznesmen-haqqinda-saxlanilma-qerari-verilib
Oxunma sayı: 1795

İstanbul Cumhuriyyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər üzrə Şöbəsi tərəfindən FETÖ-yə qarşı aparılan istintaq tədbirləri çərçivəsində 380 iş adamı haqqında saxlanılma qərarı verilib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, həmin şəxslər FETÖ-nü maliyyələşdirməkdə şübhəli bilinirlər.

Şübhəlilərdən 110 nəfərin ölkə xaricində olduqları müəyyənləşdirilib.