38536 nəfər müayinədən keçib

38536-nefer-muayineden-kecib
Oxunma sayı: 733


“Qafqazinfo”ya daxil olan məlumata görə, bununla əlaqədar Səbail  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu işlər davam etdirilir. 

 Rayonda kedən işlər İcra Hakimiyyətinin tam nəzarətində həyata keçirilir.  Mərkəzdəki  1 və  2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadalarının da təşkil olunmuşdur. Fevralın 2-dən bu günə kimi  artıq rayon üzrə 38536 nəfərin müayinələrdən keçməsi təmin olunub.

Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.