Dövlət İmtahan Mərkəzi (DİM) 10 martda respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, həmin gün ümumilikdə 39 700 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 4-dən etibarən çap edib götürə bilirlər.
Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11:00-da başlanır.
Əlavə məlumatı DİM-in saytından ala bilərsiz.
Son xəbərlər
Son Xəbərlər