39 il sonra yenidən Şuşada... - Fotolar

39-il-sonra-yeniden-susada
Oxunma sayı: 5212

Xəbər verdiyimiz kimi, Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

Qeyd edək ki, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdi. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada məqbərənin açılışı olmuşdu. 

Vaqif Poeziya Günlərinin açılışından çəkilmiş fotoları təqdim edirik: