39 yaşlı kişini bıçaqlayıb qaçdı

39-yasli-kisini-bicaqlayib-qacdi
Oxunma sayı: 690

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Velədi kəndində qeydə alınıb.

1978-ci il təvəllüdlü Aqil Cəlal oğlu Babayev Velədi kəndi ərazisində bıçaqlanıb.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan əməliyyata götürülüb. Cinayəti törətmiş şəxsin hadisə yerindən qaçdığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.