“4-5 saat yatmışam” - Putin

4-5-saat-yatmisam
Oxunma sayı: 2797

Rusiya Prezidenti Vladimir Putin Moskvada Qızıl meydanda Gecə Xokkey Liqası çərçivəsində keçirilən matçın fasiləsində son günlər yuxuya cəmi dörd-beş saat ayırması barədə danışıb.

“Qafqazinfo”nun məlumatına görə, “Rossiya 24” telekanalı Putinin rusiyalı sahibkar Qennadi Timçenko ilə söhbətləşdiyi anın kadrlarını yayımlayıb. Sahibkar Prezidentə çox işlədiyini və işdə yorulduğunu deyib. “Yenə də məşqlərə vaxt ayırmaq lazımdır”, - biznemsen qeyd edib.

Ona cavabında Putin yuxusuzluğu barədə danışıb. “Az yatmışam, dörd-beş saat. Azdır”, - Rusiya prezidenti deyib.

Qeyd edək ki, həmin matçda Putinin komandası rəqibinə 8:5 hesabı ilə qalib gəlib.