4 ay komada qalan hərbçimiz şəhid oldu - Yenilənib

4-ay-komada-qalan-herbcimiz-sehid-oldu
Oxunma sayı: 5765

Ötən ilin sentyabrında antiterror tədbirləri zamanı yaralanan və indiyədək komada qalan hərbçimiz şəhid olub.

“Qafqazinfo”nun məlumatına görə, hərbçimiz, 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu 4 ay sonra Bakıda müalicə aldığı klinikada şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, şəhidimiz Tovuz rayon Qaraxanlı kəndindəndir.

***

Müdafiə Nazirliyi hərbçimizin şəhid olması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərin səylərinə baxmayaraq şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir diləyir. 

Allah rəhmət eləsin!