4 aya 196 nəfər İİV-yə yoluxub

4-aya-196-nefer-iiv-ye-yoluxub
Oxunma sayı: 1241

Cari ilin 4 ayı ərzində Azərbaycanda 196 nəfər İİV-yə yoluxub. 

Respublika QİÇS-lə Mübarizə Mərkəzindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qeydiyyata alınmış 196 Azərbaycan vətəndaşından 131-i (66,8%) kişi, 65-i (33,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçənlərin sayı 38 nəfər olub. Həmin müddətdə İİV infeksiyasından 14 nəfər həyatını dəyişib.

İİV-yə yoluxma yolları isə aşağıdakı kimi olub: 30 nəfər (15,4%) parenteral kontakt, 150 nəfər (76,5%) heteroseksual kontakt, 12 nəfər (6,1%) homoseksual kontakt.

Yoluxanlardan 191 nəfəri antiretrovirus terapiya müalicə başlayıb.

Qeyd edək ki, hazırda COVİD 19 pandemiyası ilə əlaqədar İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədilə onlara ARV-dərmanların 3 aylıq ehtiyatı verilir. Eyni zamanda, ehtiyac olduqda, onların koronavirusa görə testləşməyə göndərilməsi həyata keçirilir. Bundan başqa, onlar İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması barədə məlumatlandırılıb.

Günel Hacı