“Övladımı basdıranda şükür edirdim”

“Övladımı basdıranda şükür edirdim”
Oxunma sayı: 3676

Əməkdar artist Kəmalə Müzəffər çətin günlər yaşayır. Belə ki, aktrisanın qızı bətnində olan körpəsini tələf etmək məcburiyyətində qalıb.

“Qafqazinfo” xəbər verir ki, onlar həkimlərin rəyi əsasında belə bir addım atıb. Bildirilib ki, hələ dünyaya gəlməmiş uşaq talassemiya xəstəsi olub. K. Müzəffər “Bizimləsən” proqramında qonaq olarkən mövzu barədə danışıb. O, artıq qızının ikinci övladının tələf olduğunu açıqlayıb: “Qohum evliliyi deyil. Keçən həftələrdə kədər yaşadıq. Məcbur olub qızımın hamiləliyini dayandırdıq. Artıq ikinci şoku yaşadıq. Ümidimiz var. Qızım, kürəkənim çox gəncdir.

Onlar ailə quranda müayinədən keçmişdilər. Qızım və kürəkənim 17 yaşında Türkiyədə birlikdə təhsil alıb, bir-birini seviblər. 8 il onlar sevgili oldu. Oğlan ağdamlıdır. Əsgərliyə getdi, qızım onu gözlədi. Sonra 1 il nişanlı qaldılar. Bu kədərin arxasında o boyda sevgi dayanır. Onların sevgisi ilə qürur duyuram.

Anayam, bu nə deməkdir bilirəm. Çünki mənim üçüncü övladım 4 aylıq olanda başböyüməsi xəstəliyindən qucağımda öldü. Müalicəsi yox idi, sonradan öyrəndik ki, beynində şişlər var. Onu basdıranda şükür edirdim. Yəni bir ana şükür edirdi. Çünki yaşasaydı, ağrılardan çox əziyyət çəkəcəkdi”.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi