4 aylıq körpə öskürəyə görə öldü

4-ayliq-korpe-oskureye-gore-oldu
Oxunma sayı: 5151

Gəncə şəhərində 4 aylıq uşaq vəfat edib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şəhər sakini, ötən ilin noyabrında doğulan Damla Səfərova öskürdüyü üçün Dəmiryol Xəstəxanasına aparılarkən yolda ölüb. 

Valideynləri onun öskürərkən nəfəs borusuna bəlğəm getdiyini deyiblər. Körpənin temperaturu normal olub. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. 

Murad Əhməd