“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bugünkü döyüşlərdə 7 idmançı təmsil edəcək. Onlardan 5-i finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqsa, 2-si qızıl medal üçün rinqə çıxacaq.
52 kq çəki dərəcəsində Elvin Məmişzadə final görüşünə çıxacaq. İdmançımız qızıl medal qazanmaq üçün 18:45-də başlayacaq görüşdə italiyalı Vinçenze Pikkardini məğlub etməlidir.
60 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli boksçumuz Albert Səlimov yarımfinal görüşünə çıxacaq. O, irlandiyalı Su Makkombu ilə üz-üzə gələcək. Görüş 13:00-da başlayacaq.
64 kq çəki dərəcəsində Sotomayor Kollazo final görüşünə çıxacaq. O, saat 19:15-də italiyalı Vinçenze Manqiakapre ilə qarşılaşacaq.
69 kq-da Pərviz Bağırov finala vəsiqə üçün rinqə çıxacaq. O, böyük britanliyalı Coş Kelli ilə 13:15-də döyüşəcək.
75 kq çəkidə Xaybula Musalov 14:15-də finala vəsiqə üçün macarıstanlı Zoltan Harksa ilə qarşılaşacaq.
91 kq-da Abdulkadir Abdullayev finala çıxmaq üçün rusiyalı Sadam Maqomedovu məğlub etməlidir. Bu görüş 14:30-da start götürəcək.
60 kq çəki dərəcəsində qadınların yarışında Yana Alekseevna final uğrunda döyüşəcək. Xanım idmançımız saat 12:45-də başlayacaq görüşdə 2012-ci il London Olimpiadasının qalibi, təcrübəli irlandiyalı boksçu Keti Teyloru məğlub etməlidir.
***
Yana Alekseevna final uğrunda döyüşə çıxdı.
***
Pәrviz Bağırov rinqdədir. O, final uğrunda vəsiqə qazanmaq üçün döyüşür.
***
Pərviz Bağırov 3:0 qələbə qazanıb.
***
Albert Səlimov finala yüksəlməyi bacarıb. Yarımfinalda irlandiyalı boksçu Sin Makkombla qarşılaşan idmançımız rəqibinə heç bir şans verməyib - 3:0.
***
Xaybula Musalov macarıstanlı Zoltan Harksa ilə qarşılaşır.
***
Musalov da rəqibinə qalib gələrək vəsiqəni təmin edib.
***
Abdulkadir Abdullayev finala çıxmaq uğrunda Maqomedovla üz-üzədir.
***
Abdulkadir Abdullayev 3:0 qələbə qazanaraq finala çıxır.
Elsevər
Son xəbərlər
Son Xəbərlər