4-cü dəfə “Maşın”a qatıldı, hələ də uda bilmir

4-cu-defe-masina-qatildi-hele-de-uda-bilmir
Oxunma sayı: 5691

Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” realiti şousunun 16-cı buraxılışı start götürüb. “Xanımlar və cənablar – 2” devizi ilə başlayan proqramda 18 məşhur sima maşın uğrunda mübarizəyə atılıb. 

“Qafqazinfo” xəbər verir ki, iştirakçıların çoxu ilk dəfə qatılsa da, bəziləri  artıq  3- 4-cü dəfədir ki, maşın üçün savaşırlar. 

Həmin siyahını təqdim edirik:

Əməkdar artist Abbas Bağırov 4 dəfə

Müğənni Roza Zərgərli 3 dəfə

Keçmiş aparıcı-bloqqer Günel Hümbətova 2 dəfə

Aktrisa Pərvin Abıyeva 2 dəfə

Müğənni ƏIi Mirəliyev 2 dəfə

Aktyor-aparıcı Azər Axşam 2 dəfə

Həmçinin, aktyorlar- Cavidan Novruz, Məscid Hüseynov, aparıcılar -Mətanət Əliverdiya, Fira Cəlilova, Aytən Səfərova, İlhamə Bədəlova, meyxanaçı Ələkbər Yasamallı, əməkdar artist Ruhəndiz Musəvi, repçilər- Qurd, Uran, viner Hüseyn Əzizoğlu şouda ilk dəfə iştirak edən tanınmışlardır.