4-cü mərtəbədən yıxıldı -

4-cu-mertebeden-yixildi-
Oxunma sayı: 756


"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbədəki mənzilinın eyvanından yıxılaraq köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər vətəndaşa müvafiq köməklik göstərərək aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 06:21-də başa çatıb.


“Qafqazinfo”