Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib.
Elm və Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Qeyd edək ki, 18-19 may tarixlərində baş tutacaq monitorinqlərdə 300 min nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulub.