Goranboyda qəza nəticəsində yaralanan şəxs dünyasını dəyişib. “Qafqazinfo”nun verdiyi məlumata görə, belə ki, rayonun Qazanbulaq kənd sakini, 1964-cü il təvəllüdlü Ruslan Məmmədov xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə avqustun 1-də Bakı-Qazax magistral yolunun Dəliməmmədli kənd ərazisindən keçən hissəsində baş vermişdi.
Hərəkətdə olan “VAZ2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan iki nəfər xəsarət almışdı.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər