Nardaran qəsəbə sakini Taleh Xudaverdiyev saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman torpağa basdırılmış 1 ədəd “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.
T.Xudaverdiyev ifadəsində odlu silah-sursatı 2015-ci ildə dəniz kənarından tapdığını və həmin gündən bəri polisə təhvil verməyərək gizlətdiyini bildirib.
Faktla bağlı T.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Son xəbərlər
Son Xəbərlər