Qəbələ rayonunda 4 il əvvəl itkin düşən şəxslə bağlı cinayət işi başlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Nuxa kənd sakini, 1984-cü il təvəllüdlü Ramil Hətəmov 2015-ci ildə yoxa çıxıb və itkin kimi qeydiyyata alınıb.
Bu yaxınlarda Baş Prokurorluq təhqiqat materiallarını yenidən incələyib və R.Hətəmovun intihar etdiyi qənaətinə gəliblər. Baş Prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılması Qəbələ rayon prokurorluğuna tapşırılıb. Bu illər ərzində R.Hətəmovun meyiti də tapılmadığı üçün onun ölü və ya diri olması dəqiq deyil.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər