4 kənddə qaz olmayacaq

4-kendde-qaz-olmayacaq
Oxunma sayı: 969

Qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə “Zərdab-Ucar” avtomobil yolu istiqamətində orta təzyiqli yeraltı və yerüstü qaz xətlərinin sınaq işləri ilə bağlı qaz təchizatının dayandırılmasına zərurət yaranıb.

“Qafqazinfo”nun məlumatına görə, “Azəriqaz” İB məlumat üçün bildirir ki, bu gün saat 14:00-dan işlər bitənədək qeyd edilən ərazidə 4 kənd, 5 qaçqın ailəsi və 32 hektar yaşayış sahəsi daxil olmaqla 1219 abonentin qaz təchizatı dayandırılacaq.