Bu gün Ucar rayonunun Ənvər Məmmədxanlı, Türkəçi, Pirkənd və Müsüslü kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
“Qafqazinfo” xəbər verir ki, 682 abonent qazla təmin olunub.
Kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 91 150 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Son xəbərlər
Son Xəbərlər