4 kirayənişin 1 nəfərə zor tətbiq etdi, 98 manat aldı

4-kirayenisin-1-nefere-zor-tetbiq-etdi-98-manat-aldi
Oxunma sayı: 1276

Ağcabədi rayon sakininə qarşı soyğunçuluq edilib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı F.Rzayev polisə müraciət edib. 

Qeyd edib ki, o, Moskva prospektindəki evlərin birində olarkən 4 nəfər ona zor tətbiq edərək 98 manatını alıb.

Hadisə noyabrın 13-də qeydə alınıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar – E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıblar.

Araşdırma aparılır.