4 milyon 971 min 32 nəfər səs verib

4-milyon-971-min-32-nefer-ses-verib
Oxunma sayı: 2770

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 19:00-a olan son seçici fəallığı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 19:00-a qədər respublika üzrə 4 milyon 971 min 32 nəfər səs verib. Seçici fəallığı 76,73 faiz olub.

Hesabat vermiş məntəqələrin sayı 6522-dir.